DÜNYA ÖZ XƏBƏR

Venesuelanın müvəqqəti prezidenti Vaşinqtona səfər etməyi planlaşdırır

Venesuelanın müvəqqəti prezidenti vəzifəsini icra edən Delçi Rodriges yanvarın 13-də, çərşənbə axşamı ABŞ-ın paytaxtı Vaşinqtona rəsmi səfər etməyi planlaşdırır.

32gun.az yazır ki, bu barədə İspaniyanın nüfuzlu ABC qəzeti ABŞ hökumətinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Delçi Rodrigesin ABŞ rəsmiləri ilə bir sıra görüşlər keçirməsi gözlənilir. Görüşlərdə Venesuela ilə ABŞ arasında mövcud olan siyasi və iqtisadi münasibətlər, həmçinin enerji sahəsində əməkdaşlıq imkanlarının müzakirə olunacağı ehtimal edilir.

Ayaz 

Oxşar Xəbərlər