ÖZ XƏBƏR

Bakı Xətai rayonunda “Radiozavod” yarımstansiyası yenilənəcək

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən mövcud 110/10/10 kV-luq “Radiozavod” yarımstansiyasının tam yenidənqurulmasını planlaşdırır.

32gun.az xəbər verir ki,Layihəyə əsasən, yarımstansiya 110/35/10 kV-luq 2x40 MVA gücündə, “GIS” tipli tam qapalı sistemlə modernləşdiriləcək və 110 kV-luq “Həzi Aslanov” xətti ilə əlaqələndiriləcək. İşlərin məqsədi enerji ötürülməsi və paylanmasının etibarlılığını artırmaq, eyni zamanda Bakı şəhərində elektrik təchizatının dayanıqlılığını təmin etməkdir.

Ehtimal olunan qiymət 28.905.738,83 AZN təşkil edir. Layihə yekunlaşdıqdan sonra müvafiq müqavilə bağlanacaq.

Ayaz

Oxşar Xəbərlər