ÖZ XƏBƏR

Biləsuvar rayonunda küçələrin işıqlandırma sistemi yenilənir

Biləsuvar Rayon İcra Hakimiyyəti şəhər ərazisində abadlıq işləri çərçivəsində küçələrin işıqlandırma sisteminin əsaslı təmirini həyata keçirmək üçün satınalma aparır.

32gun.az xəbər verir ki, işlərin məqsədi şəhər küçələrində təhlükəsiz və müasir işıqlandırmanın təmin olunmasıdır. Satınalma çərçivəsində mövcud lampaların, naqillərin və digər elektrik avadanlıqlarının yenilənməsi, eyni zamanda sistemin ümumi vəziyyətinin yaxşılaşdırılması planlaşdırılır.

Xidmət üçün ehtimal olunan qiymət 267.365,93 AZN təşkil edir və prosedur yekunlaşdıqdan sonra müvafiq qurumla müqavilə bağlanacağı gözlənilir.

Nilay

Oxşar Xəbərlər