SOSIAL
Nazirin özünə yeni müdir təyin etdiyi şəxs görün kimdir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinə müdir təyin olunub.
32gun.az Qaynarinfo-ya istinadən xəbər verir ki, nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə Vasif Əmiraslanov həmin şöbənin müdiri təyin edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Qaynarinfo-ya xəbəri təsdiqləyiblər.
Xatırladaq ki, bundan əvvəl sözügedən şöbənin müdiri Arif Məmmədov Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.