SOSIAL
Xaricdə 2 milyon manatlıq mülk alan deputatın şirkəti cərimələndi
“Embawood” MMC-yə cərimə protokolu yazılıb.
32gun.az Demokrat.az-a istinadən xəbər verir ki, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.3-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmas) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra proyokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Mahirə Kərimovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Şirkətin həmtəsisçilərindən biri Milli Məclisin deputatı Məşhur Məmmədov olub.
32gun.az xatırladır ki, bir neçə gün öncə M.Məmmədovun xaricdə 2 milyon manatlıq mülk alması ilə xəbərlər yayılıb.