“Prezidentin V Qurultaydakı çıxışı düşmənə növbəti sarsıdıcı zərbə idi”
“Vətən müharibəsindəki möhtəşəm zəfərimizdən sonra ilk dəfə olaraq Ali Baş Komandan İlham Əliyevin iştirakı Azərbaycanın və Türk dünyasının Mədəniyyət paytaxtı olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı baş tutdu.
Bu tədbirin Şuşada keçirilməsinin tarixi və siyasi əhəmiyyəti olduqca böyük, rəmzi mənası mövcuddur.
Çünki dünya azərbaycanlıları V Qurultayda bütün dünyaya bir daha sübut etdi ki, haqq-ədalət öz yerini tapıb və Qarabağ əzəli Azərbaycan torpağıdır”.
32gun.az-ın xəbərinə görə, bu fikirləri tanınmış iş adamı, PROQRESS-2016 MMC-nin rəhbəri Emil Səməndərov deyib.
E.Səməndərov həmçinin qeyd edib ki, milli kimliyimizin simvolu olan Şuşada belə bir tədbirlərin təşkil edilməsi tarixə qızıl hərflərlə yazılır:
“Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gündə möhtəşəm qələbəyə imza atdı. Bunu da Azərbaycan Prezidentinin məqsədyönlü fəaliyyəti, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasi addımı mümkün edib.
Onu da demək yerinə düşər ki, bu tədbirin Şuşada təşkil olunması dünya erməniliyinə və faşizminə vurulan növbəti sarsıdıcı zərbə idi.
Dünya Azərbaycanlılarının V Qurultayında ölkə başçısının dediyi kimi: “Biz faşizmi məhv etdik. Biz Cənubi Qafqazı faşizmdən xilas etdik”.
Qurultayda cənab Prezident İlham Əliyevin çıxışı xaricdə yaşayan hər bir Azərbaycanlını doğma vətəninə daha da bağladı. Şuşada keçirilən Zəfər Qurultayı ilə dünya azərbaycanlıları yeni mərhələyə qədəm qoydu. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir Azərbaycanlının qəlbi doğma yurdu Azərbaycanla döyündü.
Mən hər zaman deyirəm, biz sahibkarlar da əzəli torpağımızda bərpa-quruculuq işlərinə mühüm töhfələr verə bilmək üçün əlimizdən gələni etməyə hazırıq. Dövlət başçısı və ölkənin I vitse-prezidenti Mehriban xanım Əliyeva hər sahəyə xüsusi diqqət yetirir. Eləcə də sahibkarlar üçün bütün imkanlar, şəraitlər yaradılır.
Biz iş adamları da hər zaman dövlətimizin, ölkəmizin tərəqqisi və inkişafı üçün gücümüzü, bütün imkanlarımızı səfərbər etməliyik”.