SOSIAL
SON DƏQİQƏ! Operativ Qərargah şənbə günü təcili iki məlumatı əhaliyə çatdırdı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
Operativ Qərargahdan verilən digər məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4 092 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 415, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 418, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 947, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 312 nəfərdir.