"Azovstal"la bağlı son vəziyyət - Hücum yoxdur, lakin...
"“Azovstal”a hücum yoxdur, lakin silahlıların atəş mövqelərini tutma cəhdləri var".
32gun.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, ukrayna ordusunun atəş mövqelərini tutmaq cəhdləri səbəbindən vəziyyət zaman-zaman gərginləşir, lakin bu cəhdlərin qarşısı uğurla alınır.
Bundan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov Azovstal bunkerlərində 150-dən çox mülki şəxsin qaldığını bildirmişdi.
Bir gün əvvəl müharibə müxbiri Murad Qazdiyev “Azovstal”ın ərazisinin “sıx bağlandığını” söyləmişdi. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri, çeçen döyüşçüləri və DXR qüvvələri zavodun ərazisinə tam nəzarət edir. Bundan əlavə, bütün sənaye kompleksinə pilotsuz uçuş aparatları vasitəsilə havadan baxılır.
Nurlan Şiraliyev