SOSIAL

İntim videosu yayılan müəllimlə bağlı yeni XƏBƏR - universitetdən uzaqlaşdırıldı

Lənkəran Dövlət Universitetinin intim videosu yayılan müəllimi tədrisdən uzaqlaşdırılıb.

32gun.az xəbər verir ki, bu barədə Pravda.az-a universitetin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova məlumat verib.

E.İsmayılovanın sözlərinə görə, hazırda araşdırma davam edir: “Universitet rəhbərliyi Daxili İşlər Nazirliyinin araşdırmasının nəticəsini gözləyir, yekun qərar veriləcək. Universitet üzərinə düşəni edib və müəllimi tədris prosesindən uzaqlaşdırıb”.

Oxşar Xəbərlər