ABŞ-dan Türkiyənin etiraz notasına İLK CAVAB (VİDEO)
Xəbər verdiyimiz kimi, Yunanıstanın Egeydəki GASA çərçivəsində olan Lesbos və Sisam adalarına qeyri-qanuni yollarla zirehli texnika göndərməsindən sonra Türkiyə Yunanıstan və ABŞ-a nota verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, məsələ ilə bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays danışıb. O, Yunanıstanın bu addımının gərginliyi artıra biləcəyindən narahat olub-olmaması ilə bağlı suala belə cavab verib:
"Hazırda NATO tərəfdaşları arasında gərginliyi artıra biləcək bəyanatlar və ya hərəkətlər zamanı deyil. Biz müttəfiqlərimizi regionda sülhü və təhlükəsizliyi qorumaq üçün birlikdə işləməyə təşviq etməyə davam edirik”.
Görüş zamanı yunan jurnalist “Ada hansı ölkənin suverenliyindədir, Türkiyənin yoxsa Yunanıstanın?” sualını ünvanlayıb.
Ned Prays, suala cavab vermədən fikir ayrılıqlarının diplomatik yollarla həll edilməsinin vacibliyini bir daha vurğulayıb.
Nurlan Şiraliyev