DÜNYA

İstanbulda terror törədən qadının ilk izahatı - 40 dəqiqə gözləməsinin səbəbi bu imiş (VİDEO)

Taksimdə terror aktı törədən Suriya əsilli terrorçu qadın Əhlam Əlbəşirin ilk izahatı bəlli olub.

32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, terrorçu dindirmə zamanı skamyada niyə 40 dəqiqə qaldığını etiraf edib.

Əlbəşir təşkilatın yüksək rütbəli zabiti adlandırılan “Hacı” kod adlı terrorçudan 40 dəqiqə təlimat gözlədiyini və təlimatı aldıqdan sonra qaçdığını bildirib.

“"Mən skamyada oturarkən təşkilatın digər üzvü şəklimi çəkdi. Hacı adlı terrorçu fotoya baxaraq partlatmaq əmri verdi. Mən o əmri yerinə yetirdim. Skamyadan qalxıb bombanı partlatdım” - deyə, o, sözlərinə davam edib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər