İDMAN

DÇ-2022: İsveçrə Kameruna qalib gəldi

Qətərdə keçirilən dünya çempionatı davam edir.

32gun.az xəbər verir ki, bu gün G qrupunda İsveçrə və Kamerun yığmaları qarşılaşıb. Oyun avropalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qola 48-ci dəqiqədə Bril Embolo imza atıb.

Qeyd edək ki, bu gün daha üç matç baş tutacaq. B qrupunun digər oyununda Braziliya Serbiya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. H qrupunda isə Uruqvar - Cənubi Koreya (17.00) və Portuqaliya - Qana (20.00) görüşləri baş tutacaq.

DÇ-2022

Qrup mərhələsi
G qrupu

24 noyabr
İsveçrə
- Kamerun 1:0
Qol: Bril Embolo, 48.
İsveçrə: Yann Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Rikardo Rodriges, Qranit Caka, Remo Froyler, Cibril So, Bril Embolo, Cerdan Şakiri, Ruben Varqas.
Kamerun: Andre Onana, Nuxu Tolo, Nikolya N Kulu, Jan-Şarl Kastelletto, Kollins Fay, Samuel Que, Martin Onqla, Andre Zambo-Angissa, Brian Mbyomo, Erik Şupo-Motinq, Karl Toko Ekambi.

Loading...

Oxşar Xəbərlər