DÜNYA

Məktəblilər arasında dava düşdü - Biri öldü

Türkiyədə 16 yaşlı məktəblini döyüb sonra bıçaqladılar.

32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, hadisə yanvarın 2-si saat 19.30 radələrində baş verib.

Belə ki, Mustafa Çöplü ilə dostları arasında parkda mübahisə yaranıb. Daha sonra onlar arasındakı mübahisə davaya çevrilib. 16 yaşlı oğlan dostları tərəfindən döyülərək bıçaqlanıb. Hadisə yerinə polis və təcili yardım qrupları gəlib. 16 yaşlı məktəbli xəstəxanada aparılıb. O, gecə saatlarında dünyasını dəyişib. Polis hadisə ilə əlaqəsi olan 2 nəfəri saxlayıb.

Mübahisənin qız üstündə düşdüyü bidlirilib. Faktla bağlı araşdırma aparılır.

Nilay

 

Oxşar Xəbərlər