DÜNYA 20 XƏBƏR

Məşhur axund 520 avroluq şərf taxırmış (FOTOLAR)

Türkiyədə bir sıra qalmaqallarla gündəmə gələn məşhur axund Halil Konakçının geyindiyi şərfin qiyməti sosial mediada müzakirələrə səbəb olub.

32gun.az xəbər verir ki, Türkiyəli jurnalistlərdən biri axundun şərfi ilə bağlı kiçik araşdırma edib.

Araşdırmaya görə, "FENDI" markasından olan şərfin qiyməti 520 avro (954 AZN) dəyərində göstərilib. Jurnalistin bununla bağlı paylaşdığı foto geniş müzakirələrə yol açıb. Belə ki, bir qisim sosial media istifadəçiləri şərfin saxta olduğunu bildirsə də, digər qisim geyimin qiymətinə görə axundu tənqid edib.

Araşdırmadan sonra şərfin saxta olmadığı bəlli olub. Buna aşağıdakı fotolardan nəzər yetirə bilərsiniz:

"FENDI" markalı saxta şərf:

"FENDI" markalı original şərf:

Qeyd edək ki, axund qadın-kişi bərabərliyinə qarşı təxribatçı ifadələr işlətməsi ilə gündəmə gəlib.

Nurlan

Loading...

Oxşar Xəbərlər