
Xəbər verdiyimiz kimi, Türkiyədə xarici dövlət nömrə nişanlı avtomobilə silahlı hücum təşkil edilib. Nəticədə avtomobildə olan 5 nəfərdən 3-ü ölüb, 2-si isə ağır yaralanıb.
32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, yaralanan şəxslərdən biri xəstəxanada həyatını itirib. Digərinin həyati təhlükləsinin olduğu bildirilir.
Hadisə nəticəsində ölən şəxslərin kimliyi müəyyən edilib. Onlar: H.Abdullah Salih, W.Haydar Jasim, Abdullah Saleh Mustafa və Çiman Şahin Xalidisimdir. Yaralının adı isə Əhməd Cəlaləddin İbrahimisdir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Nurlan