DÜNYA ÖZ XƏBƏR

İranın parlament sədri Moskvaya çağırıldı

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafı Moskvaya dəvət edib.

32gun.az xəbər verir ki, Volodin bu barədə Tehrandakı görüş zamanı bildirib.

Bildirək ki, aprel ayında Moskvada keçiriləcək konfransın mövzusu terrorizmlə mübarizə və regional əməkdaşlığın gücləndirilməsidir. Bununla bağlı parlament sədrlərinin görüşü nəzərdə tutulur. Eyni zamanda, konfransda Çin, Pakistan və Türkiyənin də iştirakı gözlənilir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər