DÜNYA ÖZ XƏBƏR

Küçənin ortasında canlı açıb namaz qıldı - Tənqid olundu (VİDEO)

Ötən il "MasterChef Turkey"dən diskvalifikasiya olunan Murat Özdemir bu dəfə küçənin ortasında canlı yayım açaraq namaz qılıb və dua edib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Özdəmirin həmin anları sosial media istifadəçilərinin reaksiyasına səbəb olub.

“Yemekteyiz” və “MasterChef” kimi aşpazlıq yarışmalarından kənarlaşdırılan Murat Özdemir, adını Bəxtiyar qoyduğu tutuquşuya işgəncə verdiyi səbəbi ilə saxlanılmışdı.  Onun həmin vaxt  psixi vəziyyətinin normal olmaması müəyyən edilmişdi. Bu səbəbdən Özdemir 21 gün ruhi xəstəxanada müalicə olunub. 

Nilufər 

Oxşar Xəbərlər