SİYASƏT 20 XƏBƏR

"Vardanyan Qarabağa oyun oynamağa gəlib" - ŞƏRH

"Yalançı və fırıldaqçı ermənidən həqiqət gözləməyin özü sadəlövhlük olardı".

Bunu 32gun.az-a BAXCP sədrinin müşaviri,  politoloq Azər Qasımov deyib.

O Vardanyanın BBC-yə müsahibəsi zamanı yanlışlıqlara yol verməsi, yalan və təxribat xarakterli məlumatlar verməsi, eləcə də bəzi lazimı məqamlarda susmasını belə şərh edib:

Ermənilər hansı məsələlərdə həqiqətə uyğun fikir irəli sürüblər ki, Vardanyan adlanan erməni də doğru söz danışsın? Bu ermənini ermənilərin özləri Vartanyan deyə adlandırırlar. Göründüyü kimi onun adı belə mübahisə predmetidir. 

R.Vardanyanın aparıcının verdiyi suallardan yayınması, əlaqəsi olmayan cavablar verməsi onun yalan danışdığını psixoloji olaraq sübut edirdi. O, hamının gözü önündə olan həqiqətləri necə inkar edə bilərdi?  Burda əsas məsələ, əslində aparıcının, dolayısı ilə Qərb ictimaiyyətinin nümayəndəsi kimi mövcud olan durumu real anlaması və onun Vardanyanın üzərinə getməklə həqiqətləri onun dilindən səsləndirməyə cəhd etməsi idi. Bu, artıq Azərbaycanın qələbəsidir. Vardanyan çox yalan danışa bilər, amma həqiqət birdir. Bu da, Azərbaycanın Qarabağ məsələsində haqlı olduğu gerçəyidir. Bunu dünya da artıq anlayıb. 

Vardanyanın bir proyekt kimi Qarabağda mövcudluğu mümkün deyil. 30ildir davam edən bu problem zamanı heç kim Vardanyan adına rast gəlməyib. O, bu zaman ərzində fırıldaq yollarla milyardlar yığmaqla məşğul olub. İndi isə birdən Qarabağ erməniləri onun yadına düşüb və xalqına köməyə gəlib. Vardanyan Qarabağa oyun oynamağa gəlib. Amma o, siyasi oyunu rus hakimiyyəti ilə əlbir olub rus xalqının milyardlarını oğurlayaraq varlanmaq oyunu ilə qarışıq salıb. Siyasətdə oyun oynamaq üçün oyun qurmağı bacarmaq lazımdır. Başqasının oyununda ancaq "piyada" olmaq  olar, deyilənlərə əməl etmək üçün".

Nilufər 

Loading...

Oxşar Xəbərlər