KRİMİNAL 20 XƏBƏR

Qaynını vəhşicəsinə öldürən şəxsə HÖKM OXUNDU

Antalyada qaynını vəhşicəsinə qətlə yetirən şəxslə bağlı hökm oxunub.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, təqsirli bilinən Ramazan Uysal barəsində ömürlük həbs cəzası müəyyən edilib.

Bildirək ki, qətl 2021-ci ildə baş verib. Şəxslər arasındakı mübahisə davaya çevrilib. Nəticədə Uysal qaynına 33 bıçaq zərbəsi endirib. Hadisədən sonra Uysal əlindəki bıçağı yaxınlıqdakı maşının altına ataraq qaçıb. Ətrafdakı şəxslər onu tutaraq təpikləməyə, sillələməyə başlayıblar. Daha sonra hadisə yerinə polis qrupları gəlib. Və qətli törədən şəxs saxlanılıb.

Qeyd edək ki, Uysal bu gün keçirilən məhkəmə prosesində hadisənin qəfil baş verdiyini və peşman olduğunu bildirib. Məhkəmə onu "qəsdən adam öldürmə" maddəsi ilə ömürlük həbs cəzasına məhkum edib.

Nurlan

Loading...

Oxşar Xəbərlər