SOSIAL 20 XƏBƏR

"TikTok"u olan millət vəkillərimiz - SİYAHI

Azərbaycanın bəzi Millət vəkilləri "TikTok" sosial şəbəkəsindən istifadə edir.

32gun.az "TikTok"dan istifadə edən deputatların siyahısın təqdim edir:

1. 68 saylı Cəlilabad kənd seçki dairəsini təmsil edən Nəsirov Elman Xudam oğlu.

Elman Nəsirov: Sərəncam bir daha sübut edir ki, insanların sosial rifahı  Prezident üçün bir nömrəli məsələdir - AZƏRTAC

Millət vəkili Elman Nəsirovun "TikTok" platformasındakı izləyicilərinin sayı 985 nəfərdir.

2. 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsini təmsil edən Məmmədov Ceyhun Valeh oğlu.

Ceyhun Məmmədov: Bullinqlə necə mübarizə aparmalı?

Millət vəkili Ceyhun Məmmədovun "TikTok" platformasındakı izləyicilərinin sayı 1438 nəfərdir.

3. 79 saylı İmişli seçki dairəsini təmsil edən Nurullayev Razi Qulaməli oğlu..

Razi Nurullayev: “Reallığı görsünlər və hərəkətlərinə görə Azərbaycan  xalqından üzr istəsinlər”

Bildirək ki, "TikTok" sosial şəbəkəsində Millət vəkili Razi Nurullayevin adına iki səhifə açılıb. Onlardan biri - izləyicilərinin sayı 6074 nəfər olan hesab rəsmidir. 2584 nəfər izləyicisi olanın hesab isə saxtadır.

4. 20 saylı Nərimanov ikinci seçki dairəsindən millət vəkili Adil Əliyev də aktiv tikTok istifadəçisidir.

Deputat digər sosial şəbəkələrdə olduöu kimi "TikTok"da da görüşlər və görülən işlər barədə məlumat verir. Onun 2100 izləyicisi var.

5. 26 saylı Sabunçu birinci seçki dairəsini təmsil edən Mustafa Fazil Qəzənfər oğludur.

Oxu.az - Məmurların dərdini dilə gətirən deputat: Fazil Mustafa gələn il  “Bakını xilas edəcək”

Bildirək ki, "TikTok" sosial şəbəkəsində Millət vəkili Fazil Mustafanın adına açılan hesab saxtadır.

Qeyd edək ki, Fazil Mustafanın adına olan hesab istisna olmaqla digər hesablar, Millət vəkillərinin şəxsi "TikTok" hesablarıdır.

Nilay

Loading...

Oxşar Xəbərlər