"Önəmli olan halal qazancdır. Gəlirlərin haradan gəldiyi yox, halal olub-olmaması önəmlidir. Halal qazanc əldə edən milyonlarla insana xor baxırsınız".
32gun.az xəbər verir ki, bu sözləri DEVA Partiyasının sədri Əli Babacan Türkiyə prezident Ərdoğana cavab olaraq bildirib.
Xatırladaq ki, bir müddət öncə Türkiyə lideri DEVA Partiyasının sədri Əli Babacanın "Baykar" şirkətinin PUA-ları dövlət büdcəsi hesabına hazırladığı iddialarına sərt reaksiya vermişdi.
"Siz rəqabətin nə olduğunu bilirsiniz? Sən get uşaq bezi satmağa davam et. Ev tekstili istehsalına davam et. Bu, sizin işiniz deyil. 15 il yanımda oldun, amma məndən heç nə almadın. 15 il... Yanında biri də var. O da elədir", - Ərdoğan deyib.
Nurlan Şiraliyev