SOSIAL ÖZ XƏBƏR

"Aztelekom"un yeni sədrinin şirkəti məhkəməlik oldu

"Azeronline LTD" barəsində protokol hazırlanıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə (Ictimai Qayda, Ictimai Təhlükəsizlik Və Ictimai Mənəviyyat Əleyhinə Olan Inzibati Xətalar) protokol Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə təqdim olunub.

Bildirək ki, nizamnamə kapitalı 100 min dollar olan şirkətin qanuni təmsilçisi, Niyazov Elçin İsrail oğludur. 29.12.1999-cu ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, TBİLİSİ PROSPEKTİ., ev 149-dur.

Qeyd edək ki, "Qaynarinfo"nun məlumatına görə, nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə Niyazov Elçin İsrail oğlu "Aztelekom”un qanuni təmsilçisi təyin edilib. O, bu vəzifəsindən əvvəl "Aztelekom”un baş direktor müavini vəzifəsində çalışıb. O, bu təyinatla Klaus Mülleri əvəzləyəcək.

O, həm də nazirliyə məxsus, ləğv prosesində olan “Bakı Telefon Rabitəsi” MMC-yə ("Baktelecom”), eləcə də “Azeronline” birgə müəssisəsinə rəhbərlik edir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər