SOSIAL ÖZ XƏBƏR

"İnstagram"da ən çox izləyicisi olan azərbaycanlı millət vəkilləri - FOTOLAR

32gun.az "İnstagram"dakı aktivliyi və  izləyici kütlərinə sahib olan deputatlarla bağlı hazırladığı yazını təqdim edir: 

105 saylı Tovuz seçki dairəsinidən deputat seçilmiş Qənirə Paşayeva  "İnstagram"da 138 min izləyicisi var. O "İnstagram" sosial şəbəkəsində ən çox izləyiciyə sahibdir. Hesabı ən aktiv olaraq istifadə edilir. 

Ən çox izləyici sayına malik deputatlarımızdan biri Naqif Həmzəyevdir. 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin deputatın "instagram" hesabı 120 min izləyiciyə sahibdir. Həmçinin təsdiqlənmiş hesab (mavi tık) kimi qeyd edilib. 

79 saylı İmişli seçki dairəsindən seçilmiş deputat Razi Nurullayev də ən çox izləyiciyə sahibdir. 16 mindən çox izləyiciyə sahib olan deputatın instagram" hesabında mətmadi olaraq paylaşımlar edilir. 

Deputat Ramin Məmmədovun isə "İnstagram"da 2937 nəfər izləyicisi var. 

Mİllət vəkili Əli Məsimlinin bir müddət öncə açdığı "instagram" hesabında cəmi 74 nəfər izləyici var. 

Millət vəkili Sotan Məmmədov "İnstagram"da 1943 izləyici kütləsinə sahibdir. 

N.Həmzəyev bu hesabında fəaliyyəti, açıqlamaları və gördüyü, maraqdoğurucu görüntülər paylaşır. 20 saylı Nərimanov ikinci seçki dairəsinin deputatı Adil Əliyev aktiv "İntagram" istifadəçisidir. Millət vəkilinin "instagram"da 48 minə yaxın izləyicisi var və doğrulanmış hesabdır. 

60 saylı Salyan-Neftçala seçki dairəsindən seçilmiş Fəzail Ağamalı da son dövlər sosial şəbəkəyə meyl edib. Adıçəkilən deputataın "instagram"da 830 izləyicisi var.

17 saylı Yasamal III seçki dairəsinin deputatı Elnur Allahverdiyevin adına iki "İnstagram" hesabı var. İddiaya görə, onlardan biri özəl hesabıdır, öz dostları üçün açıqdır. Digər hesabında isə 6200 izləyicisi var. Burada millət vəkili kimi gördüyü işlər paylaşılır və bəzi məsələlərə aid mövqe bildirir.

68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nasirovun "instagram"da 1178 izləyicisi var. 

Millət vəkili Məşhur Məmmədovun "instagram" izləyicilərinin sayı 1910 nəfərdir. 

24 saylı Nizami seçki dairəsinin deputatı Könül Nurullayevanın 2 "instagram" hesabı var. Biri özəl hesabdır. Digər 12600 nəfərdən çox olan hesabı isə onun iş fəaliyyəti ilə bağlıdır. 

 

29 saylı Səbail seçki dairəsindən deputat seçilmiş Nigar Arpadarai də "instagram"da doğrulanmış hesaba sahibdir. Onun işləri ilə bağlı paylaşımlar bu hesab vasitəsi ilə  edilir.  Nigar xanımln13 mindən çox izləyicisi var.  

51 saylı Qusar Seçki dairəsindən seçilmiş Azər Badamov "İnstagram"da ən az izləyisi olan deputatlardandır. Cəmi 554 izləyicisi var. 

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsinin deputatı Kamran Bayramovun izləyicilərnin sayı 1542 nəfərdir.  63 saylı Sabirabad birinci seçki dairəsinin deputatı Kamal Cəfərov da ən çox izləyiciyə sahib deputatlar siyahısındadır deyə bilərik... Onun 11 mindən çox izləyicisi var. O da  sözügedən platformada millət vəkili kimi gördüyü işləri, açıqlamalarını paylaşır. 

 

85 saylı Şamaxı seçki dairəsi seçilmiş Tamam Cəfərovanın instagram hesabında cəmi 2037 izləyici var. 

59 saylı Salyan seçki dairəsinin deputatın Jalə Əhmədovanın da hesabı "İnstagram"da aktivdir. Onun 9103 izləyicisi var. 

31 saylı Suraxanı ikinci seçki dairəsindən millət vəkili seçilmiş Etibar Əliyev "İnstagram"da ən passiv istifadəçidir. Ən az izləyici sayına malik olan (492) deputat hesabında heç bir paylaşım etməyib. 

62 saylı Saatlı seçki dairəsindən deputat olmuş Əziz Ələkbərlli də "İntsagram"da son dönəmlər aktiv olan deputatlardandır. 978 nəfər izləyiciyə sahibdir.

115 saylı Şəki kənd ikinci seçki dairəsinin millət vəkili Cavanşir Feyziyevin də profili aktiv olsa da, cəmi 1236 nəfər izləyiciyə sahibdir. 

30 saylı Suraxanı I seçki dairəsindən deputatlığa keçid etmiş Sevinc Fətəliyevanın cəmi 1902 izləyicisi var.122 saylı Xankəndi seçki dairəsinin deputatı Tural Gəncəliyev "İntagram"da ən passiv istifadəçilərdəndir. Cəmi 2788 izləyicisi olan deputatın hesabında sonuncu paylaşım ötən ilin may ayında edilib.

43 saylı Sumqayıt seçki dairəsindən deputat olmuş Emin Hacıyevin adıa 2 hesab var. Belə ki, deputatın 15 mindən çox izləyicisi olan hesabı haker hücumundan sonra əlindən çıxıb. Sonradan deputat adına yeni hesab açdıırb. Burada cəmi 624 izləyicisi var.

58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsinin deputatı Rafael Hüseynovun "instagram"da 1.013 izləyicisi olsa da heç bir paylaşım edilməyib. 

41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı Hicran Hüseynovanın 1689 nəfər izləyicisi olan "İnstagram" hesabı var. 

Millət vəkili Fatma Yıldırımın "İnstagram" hesabında 2319 izləyicisi var.

Deputat Sədaqət Vəliyeva "İnstagram"da 604 izləyiciyə sahibdir. 

97 saylı Goranboy-Ağdam- Tərtər seçki dairəsinin deputatı Ağalar Vəliyev də ən az "İnstagram" izləyicisinə sahidir. Cəmi 363 nəfər izləyicisi var. 

107 saylı Qazax seçki dairəsinin deputatı Səməd Seyidovun "instagram"da 1011 izləyicisi var. 

"İnstagram"da 24 mindən çox   izləyici kütləsinə sahib olan 27 saylı Sabunçu II seçki dairəsinin deputatı Əliabbas Salahzadənin də də bəzi həkarları kimi hesabı doğrulanmışdır (mavi tık). 

Deputat Bəhruz Məhərrəmovun "İntagram"da 1212 nəfər izləyicisi var. 

94 saylı Bərdə kənd seçki dairəsinin deputatı Zahid Oruc 2611 "instagram" izləyicisi var. 

91 saylı Ucar seçki dairəsinin deputatı Ramil Həsənin "İntagram" hesabı isə sadəcə yaxınları üçün nəzərdə tutulub. Bağlı hesabdır. 

90 saylı Ağdaş seçki dairəsinin deputatı Cavid Osmanov ən passiv instagram istifadəçilərindəndir. Lakin deputat heç bir paylaşım etmədən 968 izləyiciyə sahib olub. 

Millət vəkili Hikmət Babaoğlunun "instagram"da izləyicisi 955 nəfərdir. 

Deputat Ceyhun Məmmədovun izləyici isə 4164 nəfərdir. 

Nilufər 

Oxşar Xəbərlər