
"Erkin Qədirli nə deyibsə, hansı fikiri səsləndiribsə, məsuliyyəti onun öz üzərindədir".
Bu fikirləri 32gun.az-a açıqlamasında millət vəkili Ramil Həsən deyib. Deputat qeyd edib ki, hər bir millət vəkili öz seçicisinin səsini alaraq Milli Məclisdə əyləşir:
"Bununla bağlı hər hansı fikir söyləməyim doğru olmaz. Amma mən bir məqamı açıq və aydın şəkildə qeyd edirəm ki, Azərbaycan demokratik ölkədir. Bu gün Azərbaycanın hər bir millət vəkili, xüsusi şəkildə müvafiq qanunvericiliyə uyğun olaraq, seçicisinin səsini alaraq Milli Məclisdə təmsil olunmaqdadır".
Xatırladaq ki, ötən gün Milli Məclisin deputatı Erkin Qədirli "Bizdə demokratik seçki yoxdur" deyə açıqlama verib.
Nilufər