
"Proses belədir ki, burada İranın xüsusi xidmət orqanlarının əli var. Görüntülər bunu göstərir".
Bunun Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli 32gun.az-a açıqlamasında deyib.
Ekspert Azərbaycanın İrandakı səfirliyində törədilən hadisə ilə bağlı danışarkən bildirib ki, əli avtomatlı şəxsin SEPAH-ın nəzarətindən yayınması absurddur:
"Çünki əlində silah olan şəxsin səfirliyə daxil olması o bölgədə mülki şəkildə xidmət edən SEPAH əməkdaşlarının nəzarətindən necə yayınıb?
Bu məsələnin birinci tərəfi...
İkincisi isə verdikləri açıqlama çox gülüncdür. "İki azyaşlı uşağı ilə gəlib"... Bu nə yanaşmadır ...Həyat yoldaşını axtarırdı arqumenti də var. İnsan həyat yoldaşını avtomatla axtarar?! Bu gülünc iddialarla çıxış edirlər.
Konkret olaraq ortadakı məqsəd SEPAH bir terror təşkilatıdır. İranla Azərbaycan arasında xarici işlər nazirləri səviyyəsində danışıqlar baş verdi, münasibətlərin düzəlməsi ilə bağlı razılıq əldə olundu. Və dərhal belə bir proses baş verdi. Konkret olaraq İran terror dövlətidir, Azərbaycan səfirliyinə qarşı terror həyata keçiriblər. Həmin o səfirliyin yerləşdiyi bölgə Vyana Konvensiyası Azərbaycanın ərazisidir. Rəsmən Vyana Konvensiyasına qarşı çıxmaqdır.
O zaman bu o deməkdir ki, hər ölkə öz ərazisində olan səfirliyə hücum edib, adam öldürsün. Bu nə deməkdir?"