DÜNYA ÖZ XƏBƏR

Canlı yayında arvadını öldürdüyünü etiraf etdi - Video

Dənizlidə 6 aydır axtarışda olan Mine Kocadağın qətlə yetirildiyi ortaya çıxıb.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, aylardır danışmayan Mithat Kocadağ canlı yayımda qətli etiraf edib.

Həyat yoldaşını qəfil qəzəblə öldürdüyünü bildirən qətl şübhəlisi meyiti 2 gün bazada gizlətdikdən sonra istixanada basdırdığını bildirib.

Bildirilir ki, Dənizlidə 6 ay əvvəl şübhəli şəkildə yoxa çıxan Mine Kocadağın (26) böyük qardaşı Tayfun Koç bacısını tapmaq üçün Show TV-də yayımlanan "Didem Arslan Yılmaz'la Vazgeçme"yə müraciət edib.

Mine Kocadağın əri Mithat Kocadağ dekabrın 16-da başlayan verilişlərdə davranışı və ziddiyyətli açıqlamaları ilə şübhə doğurmuşdu.

Nilay

 

Oxşar Xəbərlər