
Türkiyəli aktyor Erkan Petekkaya "Endemol Media Şirkətini" məhkəməyə verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, onun müraciəti maaşını ala bilməməsi ilə bağlı olub. Müraciətin ardınca, aktyor hakim qarşısına çıxıb.
Aktyor çıxışı zamanı, "Çox əziyyət çəkdim, uzun müddətdir ki, alnımızın təri orada yatır” deyərək, üsyan edib.
Bildirək ki, Petekkayanın şirkətdən 12-13 milyon məbləğində alacağı olduğu ortaya çıxıb.
Qeyd edək ki, məhkəmə ekspertiza rəyini araşdırmaq və ifadə vermək üçün iclası təxirə salıb.
Nurlan Şiraliyev