EKONOMİKS ÖZ XƏBƏR

"Həmin insanlara deputat maaşı ilə köməklik edirik" - Elman Nəsirov

Millət vəkili Elman Nəsirov ölkədəki qiymət artımına münasibət bildirib.

Deputatın  32gun.az-a müsahibəsinın ikinci hissəsini təqdim edirik:

- İran məsələsindən sonra müsahibənin II tərəfinə keçək... (12:03Ölkədəki qiymət artımları...

- Əvvəla qeyd edim ki, həqiqətən də ölkəmizdə kəskin qiymət artımı hiss olunur. Gəlin bunu etiraf edək. Ancaq məsələ ondadır ki, bunun çoxsaylı səbəbləri var. Bu səbəblərin içərisində ilk növbədə onu qeyd etmək lazımdır ki, kəskin qiymət artımı bizə həm də xaricdən idxal olunur. Onsuzda ərzaq böhranı yaşanmaqda idi. Rusiya-Ukrayna müharibəsi buna birbaşa təsir göstərən hadisədir. Dünyada taxıl istehsalında birinci yerdə Rusiya, beşinci sırada isə Ukrayna dayanır. Təsəvvür edin ki, dünyaya taxıl məhsullarını ixrac edən birinci və beşinci dövlət müharibə edir və bu müharibə 1 ilə yaxındır davam etməkdədir. Bu gün Avropa bazarında da qiymətlər kəskin şəkildə qalxıb. Və nəzərə alsaq ki,Azərbaycanda bir çox məhsulları idxal edir. İdxal olunan məhsullarda da təbii ki, qiymət artımının baş verməsi labüddür. Azərbaycan dövləti bu vəziyyətdən çıxmaq üçün maksimum çalışır. Bunun üçün ilk növbə də əmək haqlarının artırılması siyasəti həyata keçirilir. Dövlətimizin siyasətinin mərkəzi Azərbaycan vətəndaşlarının sosial rifahıdır. Məqsəd qiymət artımının vətəndaşlarımıza vurduğu ziyanı minimum endirməkdir. Bəzi şeylər var ki, onlar bizdən asılı deyil. Bu kimi hallar hazırda Avropa ölkələrində də yaşanmaqdadır. Yəni hazırda yeni reallıqlar yaranır və bu reallıqlar bir çox hallarda mənfi tendensiyalarla yadda qalır.

- Qiymət artımı bir vətəndaş kimi sizə də təsir edirmi? Bizdə belə bir fikir var ki, millət vəkilidirsə, ona təsir etməz

- Elə ifadələr var ki, onlar bir az köhnəlib, stereotiplərə çevrilib. Siz təsəvvür edin ki, qiymət artımından əvvəlki deputat maaşı və qiymət artımından sonrakı deputat maaşı. Bir şeyi də fikirləşin ki, biz seçicilərimizlə görüşəndə çalışırıq ki, onların müəyyən sosial problemlərinin həllinə kömək göstərək. Məsələn, seçicilərimiz bir çox hallarda görüşə gələn zaman reseptlərlə gəlirlər. Həkimin yazdığı reseptləri gətirərək, dərmanları almağa pulum yoxdu, kömək edin deyirlər.

- O zaman deputat maaşından istifadə edirsiniz?

-  İkinci başqa variantımız yoxdur. Bilirsiniz ki, deputatlara bizneslə məşğul olmaq qadağandır. Belə olan vəziyyət də biz həmin insanlara deputat maaşından istifadə etməklə köməklik edirik. Amma başqa kateqoriya insanlar bu cür addımlar atmırlar. Bu hallar ona görə baş verir ki, deputatlar xalqa yaxın şəxslərdir, onların seçdikləri insanlardır. Deputatlar üzdə olan insanlardır. Xalqla birbaşa ünsiyyətdədirlər. İnsanlar bəzən fərdi problemləri ilə gəlirlər. Məsələn gözünü əməliyyata gedir və deyir ki, əməliyyat üçün 500 manata ehtiyacı var. Belə hallarda biz mümkün qədər çalışırıq ki, bu insanların yanında olaq. Və biz bunu çox zaman reklam etmirik.

"İran bu gün inqilaba "hamilədir"- Millət vəkili Elman Nəsirov (VİDEO)

- Hazırda yaranmış çətin vəziyyət qarşısında vətəndaşlarımıza nəyi məsləhət görürsünüz?

Vətəndaşlarımıza ilk növbə də onu söyləyə bilərəm ki, bu təkcə bizim problemimiz deyil. Uzun illər komfort içərisində yaşayan dünya ölkələri, onların xalqları hazırda bu vəziyyət də yaşayır. Bilsinlər ki, bu müvəqqəti haldır. Heç bir halda bədbinliyə qapanmaq olmaz. Bu vəziyyətin özündə də nikbinliyi itirməmək üçün çalışmaq lazımdır. Sabaha inamla baxmaq lazımdır. Və bilin ki, belə olan vəziyyət də psixoloji baxımdan güclü olanda, hazırlıqlı olanda maneələr də insanın qarşısında acizləşir. Sabaha nikbin baxışlarla baxaq. Bilək ki, bütün problemlərin sonu olur və hər qaranlıq gecənin bir işıqlı sabahı var.

Aygün İlqarqızı

Fotolar: Nurlan Şiraliyev

"İran bu gün inqilaba "hamilədir"- Millət vəkili Elman Nəsirov (VİDEO)

"İran bu gün inqilaba "hamilədir" - Millət vəkili Elman Nəsirov (VİDEO)

Oxşar Xəbərlər