
Türkiyəli məşqçi İbrahim Halil Ölməz dünyasını dəyişib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə "İskenderunspor" komandası açıqlama verib.
Xatırladaq ki, tanınmış məşqçi bir müddət öncə, dağıntılar altından xilas edilərək reanimasiyaya yerləşdirilmişdi. Ancaq edilən müdaxilələrə baxmayaraq, o, həyatını itirib.
Qeyd edək ki, "İskenderunspor"un daha iki oyunçusunun dağıntılar altında olduğu bildirilir.
Nurlan