SOSIAL ÖZ XƏBƏR

Kəmaləddin Heydərovun "Gilan Holdinq"ini məhkəməyə verən qadın görün kimdir

"Gilan Holding" Məhkəməyə verilib.
32gun.az-ın məlumatına görə, holdinqlə bağlı şikayətçi olan şəxs Gülməmmədova Elmira Babaş qızıdır.
Yasamal Rayon Məhkəməsinə təqdim edilən məhkəmə işinin mahiyyəti Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılmasıdır.

Saytımıza daxil olan məlumatda iddia olunur ki, Elmira Gülməmmədovaya məxsus torpaq sahəsi "Gilan Holdinq" tərəfində zəbt edilib.
Mətbuatda gedən məlumatlara görə , "Gilan Holdinq"in Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsusdur.
 Baş ofisi Bakıda yerləşən "Gilan Holdinq" müxtəlif biznes sahələri üzrə fəaliyyət göstərir. 
Bunlar inşaat, turizm, kənd təsərrüfatı, logistika və gündəlik tələbat malları sahələrini əhatə edir. "Gilan Tikinti"yə "Inspection Development Monitoring",  Qəbələ Asfalt zavodu,   Qəbələ Tikinti Məhsulları Müəssisəsi,   Gilan Seramik Zavodu və "Lotos" şirkətləri daxildir. "Gilan Turizm"ə Qəbələnd istirahət və əyləncə parkı, "Qəbələ" Oteli, "Gilan" Oteli, Yengicə İstisu Sağlamlıq Mərkəzi,  Heydər Əliyev adına Konqres Mərkəzi, "Pullman Baku",  Qafqaz Baku City Hotel & Residences, Qafqaz Park Hotel,  Qafqaz Resort Hotel, Qafqaz Point Hotel, Qafqaz Riverside", Resort Hotel, Qafqaz Sport Hotel, Qafqaz Sahil Hotel və Cresсent Hoteli daxildir. "Gilan Sənaye" müəssisələri kənd təsərrüfatı, tekstil, qida, kimyəvi maddələr və texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlər toplusudur. Bu şirkətlər Agro-Azərinvest, Bakı CD emalı zavodu, Qəbələ Fındıq Emalı zavodu, Gilan Agrotech, Beltmann Piano zavodu, Qəbələ Konserv Zavodu, Lənkəran Konserv Zavodu, Gilan Lift zavodu, Gilan dəyirmanları, Gilan Zeytun, Gilan Plastik, Gilan Servis, Gilan Dəri emalı zavodu, Gilan Çay istehsalı, Gilan Tekstil parkı aiddir.

Ayxan

Oxşar Xəbərlər