HADİSƏ ÖZ XƏBƏR

Zəlzələdən sağ çıxan ailə yol qəzasına düşdü - 2 nəfər ÖLDÜ

Zəlzələdə evləri zədələndiyi üçün Mersinə gedən ailə yol qəzasına düşüb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 4 nəfərlik ailəni aparan taksi naməlum səbəbdən idarəetməni itirib. Qəzaya düşən avtomobil yolun ortasında bir neçə dəfə çevrildikdən sonra ağaca çırpılaraq dayanıb. Qəza nəticəsində 2 nəfər həyatını itirib, digər 3 nəfər isə avtomobildən çıxarılaraq, xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Nurlan

Oxşar Xəbərlər