
İzmirin keçmiş bələdiyyə sədri (Qaziemir Bələdiyyəsi) Adil Yüksəlin oğulları Ankaradakı istirahət mərkəzində ölü tapılıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Adil və Bərkə Yüksəl qardaşlarının cansız bədəni istirahət mərkəzindəki avtomobildən tapılıb.
İntihar etdikləri ehtimal olunan gənclərin ölüm səbəbi ilkin müayinələrdən sonra bəlli olacaq.
Əlavə edək ki, qardaşların Ankaraya kredit götürmək üçün getdikləri bildirilir.
Qeyd edək ki, polis tərəfindən baş verən hadisənin səbəbləri araşdırılır.
Nurlan