SOSIAL ÖZ XƏBƏR

"Azərişıq"ın 4 milyonluq qalibi olan şirkət məhkəməlik oldu

"Smart Energy Services" MMC məhkəməlik olub.

32gun az bildirir ki, sözügedən MMC barəsində  İXM-nin 347-ci maddəsi ilə (Yol Hərəkəti Qaydalari Əleyhinə Olan Inzibati Xətalar)  prptokol hazırlanıb.

Hazırlanmış protokol Biməqədi Rayon Məhkəməsinə təqdim edilib.

Bildirək ki, 2020-ci ildə dövlət qeydiyyatına alınmış "Smart Energy Services" MMC-nin qanuni təmsilçisi Tinayev Anar Nemət oğludur.

Qeyd edək ki, "Smart Energy Services" MMC "Azərişıq" ASC "Şəmkir rayonu İrmaşlı kəndi ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri" ilə bağlı keçirdiyi tenderin qalibidir. "Azərişıq" ASC qalib şirkət ilə məbləği 3 milyon 948 min 301 manat olan müqavilə imzalayıb.

Ayxan

Oxşar Xəbərlər