DÜNYA ÖZ XƏBƏR

Zəlzələ zamanı zərər görməyən TOKİ binalarının sirri nədir?

Xəbər verdiyimiz kimi, Kahramanmaraşda baş verən zəlzələlər 10 vilayətdə dağıntılara səbəb olub.

Nəticədə minlərlə bina zərər görüb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, TOKİ-nin inşa etdiyi binalarda isə dağıntı olmadığı, TOKİ evlərinin heç birində konstruktiv zədələnmənin baş vermədiyi müəyyən edilib.

Belə ki, Onikişubat səmtində 13 il əvvəl tikilən binaların sakinləri, "Sallandı, amma heç bir ziyan dəymədi" deyə bildiriblər.

Bildirək ki, TOKİ binaları zəlzələyə davamlı radial özül üzərində tikilir.

Qeyd edək ki, TOKİ 20 ildən artıqdır ki, aztəminatlı vətəndaşlar üçün sosial evlərin inşası ilə məşğuldur. Əlavə edək ki, şirkət 2002-ci ildən bu yana 1 milyon 180 min mənzil inşa edib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər