HADİSƏ ÖZ XƏBƏR

Kirayə pulunu ödəyə bilməyən qadın intihara cəhd etdi (FOTO)

Bursada kirayə pulunu ödəyə bilməyən qadın intihara cəhd edib.

32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, məhkəmə kirayə haqqını ödəyə bilməyən 40 yaşlı qadının evdən çıxarılması ilə bağlı qərar verib. Elə bu səbəbdən də qadın yaşadığı binanın damına çıxaraq, intihar etmək istəyib.

Hadisə yerinə polis və xilasedicilər çağırılıb. Polis rəisinin uzun sürən səylərindən sonra qadın razı salınıb.

Araşdırmalar davam edir.

Nurlan

Oxşar Xəbərlər