SOSIAL ÖZ XƏBƏR

Magistraturaya qəbul imtahanında REKORD NƏTİCƏ - 100 bal TOPLADI (FOTO)

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 19-da keçirilmiş qəbul imtahanının nəticələrini elan edib. 

32gun.az-ın əldə etdiyi məlumata görə, imtahanda ən yüksək bal toplayan şəxsin adı bəlli olub. O, Zeynallı Nihad Rasim oğludur.

Nihad magistraturaya qəbul imtahanında 100 bal toplayaraq respublika birincisi olub.

Bildirək ki, bu göstərici magistraturaya qəbul tarixində bir ilkdir.

Qeyd edək ki, Respublika birincisi "Master School" tədris mərkəzinin tələbəsidir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər