SOSIAL ÖZ XƏBƏR

İstanbulda daha bir xəstəxana TƏCİLİ boşaldılır

Kahramanmaraş və Hatayda baş verən zəlzələlərdən sonra İstanbulda binaların təhlükəsizliyi ilə bağlı məsələ gündəmə gəlib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, məsələ ilə bağlı Kağıthane Dövlət Xəstəxanasının binasında yoxlamalar aparılıb.

Binanın zəlzələyə davamlı olmadığı müəyyən edildiyi üçün təcili köçürülməsi barədə qərar verilib. Bu prosesin yaxın günlərdə baş tutacağı bildirilir.

Qeyd edək ki, ötən gün İstanbulun ən önəmli xəstəxanalarından biri olan Cərrahpaşa Tibb Fakültəsinin binalarında yoxlama aparılmış, binanın boşaldılması barədə qərar verilmişdi.

Ətraflı videoda:

Nurlan Şiraliyev

Oxşar Xəbərlər