
29 yaşlı qadını döyərək öldürən şəxsə hökm oxunub.
Bildirək ki, hadisə ötən ilin oktyabr ayında Türkiyənin Elazığ vilayətində baş verib.
32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, qətldə təqsirləndirilən Nadir Üstünə ömürlük azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, N.Üstün hadisənin mübahisə zəminində baş verdiyini, sevgilisi Hüsniyə Karakaşı döyərək öldürdüyünü daha sonra isə onun meyitini avtomobilin baqajına qoyaraq yol qırağındakı zibil konteynerinin yanında atdığını bildirib.
Nurlan Şiraliyev