SOSIAL ÖZ XƏBƏR

"Canlıya qıyıb, qurban kəsmirik" deyən xanım deputatın bu fotosu viral oldu: Kabab İFŞASI

Milli Məclisin deputatı Jalə Əliyevanın bu fotosu sosial şəbəkələrdə  viral olub.

32gun.az-ın məlumatına görə,  deputat  həyətlərində kəsdirdiyi heyvanı işə çəkərkən çəkilmiş fotosu yayılıb. Həmin foto isə bir neçə il öncə çəkilib. 

Fotonu maraqlı edən tərəf isə deputatın ötən il verdiyi müsahibəni xatırlatması olub. 

Belə ki, Jalə Əliyeva müsahibələrinin birində "Ümumiyyətlə, biz ailəlikcə qurban kəsmirik. Yəni hansısa canlını kəsib paylamaq yerinə ehtiyacı olan kimsənin faydalı işinə yardım etmək mənim nəzərimcə, daha uyğundur. Amma onun əvəzinə ianələrimizi veririk”, - deyə qeyd etmişdi.

Ayxan

 


 

Oxşar Xəbərlər