
"Trabzonspor"un prezidenti Əhməd Ağaoğlunun istefa verəcəyi iddia olunur.
32gun.az xəbər verir ki, bu iddia ilə türkiyəli jurnalist Umut Eken çıxış edib.
O, sosial media paylaşımında, "Ağaoğlu istefa ərizəsini yazıb imzaladı" - qeyd edib.
Bildirək ki, "Trabzonspor" rəhbərliyi 9 imza ilə "Növbədənkənar Konqresə gedək" qərarını verən kimi Ağaoğlu istefa məktubunu təqdim edəcək.
Həmçinin, vitse-prezident Ərtoğrul Doğanın artıq prezidentliyə namizədliyini irəli sürməyə başladığı bildirilir.
Nurlan Şiraliyev