DÜNYA ÖZ XƏBƏR

Zəlzələdən zərərçəkən şəxslər otellərdən çıxarılır - SƏBƏB

Zəlzələlərdən sonra otellərə yerləşdirilən vətəndaşlar bu həftədən etibarən otellərdən çıxarılacaq.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, buna səbəb kimi turizm mövsümünün başlaması göstərilib.

Bildirək ki, sözügedən məsələ ilə bağlı artıq zərərçəkənlərə məlumat verilib.

Antalyadakı otellərdən biri müraciətində, "Otelimizin açılış tarixi və təmiri ilə əlaqədar 10.03.2023-cü il tarixinədək xidmətinizdəyik" - deyə, bildirib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər