DÜNYA ÖZ XƏBƏR

Atası anasını gözünün qabağında öldürdü - Uşağın fəryadları ürək dağladı (FOTO)

Dənizlidə dəhşətli hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, avtobus sürücüsü olan 50 yaşlı Hıdır Tutal 15 yaşlı  qızı B.T evdə olarkən 2 uşaq anası olan həyat yoldaşı Arzu Tutal ilə mübahisə etməyə başlayıb.

Mübahisədən sonra silahı çıxaran atasının anasına dəfələrlə atəş açdığı anların şahidi olan qız qətlin qarşısını almağa çalışsa da buna nail ola bilməyib. 

B.T.-nin qışqırğı və atəş səsləri eşidildikdən sonra qonşular polisə məlumat verib. Hadisə çoxsayda sayda polis əməkdaşı göndərilib. Polislərin gəldiyini anlayan ata eyni tapança ilə öz başına atəş açaraq intihara cəhd edib.  Atəş nəticəsində o qanlar içində yerə yıxılıb. 

Hadisə yerinə təcili yardım həkimləri qadının öldüyünü müəyyən edib. Hadisəni törədən atanın nəbzinin vurduğunu görən səhiyyə əməkdaşları onu xəstəxanaya çatdırıblar. 

Anasını qətlə yetirən atası tərəfindən zorla evdən çıxarılan uşaq "Atam məni itələdi. Anamın ağzına, sonra başına, hər tərəfinə püskürtdü. Çox qan oldu" deyib.

AYxan 

Oxşar Xəbərlər