Xəbər verdiyimiz kimi, Türkiyənin Karabükdə bölgəsində Filyos çayında cansız cəsədi tapılan 17 yaşlı Qabon əsilli Jeannah Danys Dinabonqyo İbouanqanın ölümü ilə bağlı istintaq davam edir.
17 yaşlı Qabon əsilli tələbənin ölümündən öncə bəzi görüntülər ortaya çıxıb.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, görüntülərdə onun gecə saatlarında küçədə ayaqyalın qaçdığı görülüb. Həmin anlar tələbə qızın evinin yerləşdiyi küçədəki təhlükəsizlik kamerası vasitəsi ilə lentə alınıb.
Karabük Universiteti Maşın Mühəndisliyi fakültəsinin hazırlıq qrupu tələbəsi Qabon əsilli Jeannah Danys Dinabonqyo İbouanqanın cansız bədəni yarılma üçün Karabük Təhsil və Araşdırma Xəstəxanasının meyitxanasına aparılıb.
Təhlükəsizlik kameralarını araşdıran polis əməkdaşları Dinabonqonun avtomobillə meşəlik əraziyə aparıldığı ehtimalına diqqət yetirərkən, 3-ü xarici ölkə vətəndaşı olan 6 nəfəri saxlayıb.
Nilay