DÜNYA ÖZ XƏBƏR

2 aylıq körpəsi ölən narkoman ana: 1 həftədir yatdığını düşünürdüm

Adanada dəhşətli hadisə baş verib. 

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, bir həftə əvvəl dünyasını dəyişən 2 aylıq Mehtap T. morqa aparılıb. Narkotik aludəçisi olan valideynləri körpənin öldüyünü anlamayıblar. Körpnin anası Ayşegül T. həbs olunub, atanın isə axtarışda olduğu bildirilib. Əri ilə narkotik maddə istifadə etdiyini etiraf edən Ayşegül T-nin açıqlaması hər kəsi şoka salıb:

"Səhər evdən çıxdım. Açarı unutduğumu anladım. İçəri girə bilmədim. Yanğınsöndürənləri çağırdım. Uşağımın öldüyünü bilmirdim. Bir həftə əvvəl atası ilə onu çimdirdik.

Sonra onu sobanın yanına yatırdım. Heç ayılmadı. Bir həftədir yatdığını düşünürdüm".

Məlumatda bildirilir ki, Adanada fərdi yaşayış evinin ikinci mərtəbəsində yaşayan 30 yaşlı Ayşegül T.  mənzilinə girə bilmədiyini əsas gətirərək yanğınsöndürənlərdən kömək istəyib.

Ayxan

Oxşar Xəbərlər