HADİSƏ

Azərbaycandan AXŞAM SAATLARINDA DƏHŞƏT: Ölənlər kimliyi bilindi (YENİLƏNİB)

Ağstafada partlayışda ölənlərin şəxsiyyəti məlum olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov 32gun.az-a bildirib ki, Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı ölən şəxslərin Qazax rayon Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olması müəyyən edilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

***  21:13

Ağstafada bədbəxt hadisə baş verib.

32gun.az xəbər verir ki, kömür sexində partlayış olub.

Hadisə nəticəsində 2 nəfər ölüb.

Oxşar Xəbərlər