HADİSƏ

Gəncədə xəstəxanada yanğın - Ölən var

Aprelin 26-da Gəncə şəhərində yerləşən 1 saylı Abbas Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan 32gun.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.

Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, hazırda tibb müəssisəsinin Cərrahiyyə və Reanimasiya şöbələrindəki pasiyentlər təxliyə edilir. Artıq 58 nəfər təxliyə edilib. Vəziyyət nəzarət altındadır. İctimaiyyətə əlavə məlumat veriləcək.

*** 10.37

Gəncdə yanğın hadisəsi baş verib.

32gun.az xəbər verir ki, hadisə Abbas Səhət adına xəstəxanada baş verib. Xəstəxanada anidən yanğın başlayıb. Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunub.

Hadisə yerinıə FHN əməkdaşları cəlb olunub.

Oxşar Xəbərlər