SİYASƏT
"Yeni binamızda Azərbaycan və Ermənistan XİN başçıları ilə sülh danışıqları aparırıq" - Blinken (FOTO)
ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşündən paylaşım edib.
32gun.az xəbər verir ki, tviter səhifəsindəki paylaşıma Blinken bu sözləri yazıb:
“Bu həftə yeni binamız - Corc P. Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə sülh danışıqları aparırıq. Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardı", - deyə qeyd edilib.