DÜNYA ÖZ XƏBƏR

Qızına təcavüz edən ata saxlanıldı

Türkiyədə yeniyetmə qızına təcavüz edən ata saxlanılıb.

32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, hadisə ötən il Türkiyənin Zonguldak şəhərində baş verib.

Qızına dəfələrlə cinsi təcavüz etdiyi iddia edilən Murat V. verdiyi izahatlarda təqsirli olduğunu söyləsə də, məhkəmədəki çıxışında bunun əksinə danışıb.

Məhkəmədə iştirak edən prokuror Murat V.nin 47 il müddətinə həbs edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili isə bu qərarla razılaşmayıb. Müdafiə rəyini hazırlamaq üçün məhkəmə tərəfindən vəkillərə vaxt verilib. Bununla bağlı iclas təxirə salınıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər