HADİSƏ
Səhər saatlarında DƏHŞƏTLİ XƏBƏR: Ölən var
Ağsuda “KamAZ” markalı avtomobil aşıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 32gun.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Ağsu rayonu ərazisində “Kamaz” markalı yük avtomobilinin sürücüsü, 1987-cı il təvəllüdlü İmişli rayon sakini Elmin Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.