Uqanda prezidenti Yoveri Museveninin Kovid-19 testinin müsbət çıxdığı açıqlanıb.
32gun.az xəbər verir ki, dövlət rəhbərinin xalqa müraciətində Covid-19 olduğu ilə bağlı məlumatı paylaşıb:
"Özümü soyuqlamış kimi hiss etdim. Dərhal Covid-19 testi etdim. İlk testim mənfi oldu, amma yenidən test etdim. Bu dəfə müsbət oldu”.
Prezidentin həkimi Diana Etvayn isə Kovid-19-a yoluxan prezident Museveninin səhhətinin yaxşı olduğunu açıqlayıb.
Qeyd edək ki, Uqandada 2020-ci ilin yanvarından 2023-cü ilin mayına qədər Covid-19-dan 3632 ölüm qeydə alınıb.
Ayxan